Dünya

Raket zərbələri azalıb, Rusiya böyük zərbəyə hazırlaşır

Rusların son vaxtlar nadir hallarda raketlərdən istifadə etməsi onların müəyyən bir məqsəd üçün toplandığından xəbər verə bilər.

bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.

“Biz görürük ki, raket silahlarından istifadə minimuma endirilib. İyulun əvvəlindən Ukraynada 140-a yaxın kamikadze PUA, 21 “Kalibr” və 1 “İsgəndər-M” raketindən istifadə olunub. İyunun 24-dən bəri isə X-101/555-i bir dəfə də olsun, buraxmayıblar. Bunlar Ukraynanı vurduqları əsas raketlər olduğundan, bizi bir az narahat edir”, – Kovalenko bildirib.

Onun sözlərinə görə, bu məsələnin səbəblərindən biri qış dövrünə hazırlıq ola bilər:

“Xatırladım ki, sonuncu dəfə ruslar martın 9-dan aprelin 28-dək, demək olar ki, ay yarım fasilə vermiş, sonra isə yenidən müntəzəm atəşə tutmağa başlamışdılar”.

Related Articles

Bir cavab yazın

Back to top button