Bu barədə yerli sosial media fəalları məlumat və videolar paylaşıblar.
Mərasimə toplaşan çox sayda sənətçi və vətəndaş “ölüm olsun Xaməneiyə”, “ölüm olsun diktatora” şüarları səsləndiriblər.
Mərasimdə öldürülən rejissorun qızı Mona Mehrcuyi hicabsız çıxış edib və qatillərin mərasimdə iştirak etdiklərini deyib.
Mərasimdə sənətçi və vətəndaşlarla yanaşı bir neçə hökumət məmuru, çox sayda təhlükəsizlik və polis qüvvələri olub.
Qeyd edək ki, rejissorun öldürülməsinin hakimiyyətə bağlı qrupların işi olduğu barədə ehtimallar səsləndirilib.