BölgəİranSiyasət

Ruhani İsraili İŞİD-i dəstəkləmdə ittiham etdi

İran prezidenti Həsən Ruhani İsraili İŞİD-i dəstəkləməkdə günahlandırıb.

Aznews.tv xəbər verir ki, bunu Ruhani sentyabrın 25-i Fox News telekanalına verdiyi müsahibədə bəyan edib.

“İsrail hər gün başqa xalqların haqqlarını pozur. O, Fələstində, Livanda, son zamanlar isə İraq və Suriyada insanlara ziyan vurur. Dünyada İsrailin maraqlarına zidd olan terror yoxdur”, – deyə İranın prezidenti əlavə edib.

Onun sözlərinə görə, İsrail hətta yaralanmış İŞİD silahlılarını müalicə edib və onları silahla təmin edib.

“Gedin İsrail xəstəxanalarına. Orada siz İŞİD döyüşçülərini görəcəksiniz. Həmçinin terrorçulardan müsadirə edilən İsrail istehsalı olan silahlara nzərə yetirin”, – deyə H.Ruhani vurğulayıb.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button