BölgəDünya

“Ruptly” videoagentliyin operatoru İraqda öldürülüb

“Ruptly” videoagentliyin operatoru İraqda xidmət aparan zaman öldürülüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə “Russia Today” (RT) telekanalının baş redaktoru Marqarita Simonyan öz “Telegram” kanalında məlumat verib. O, “Ruptly”nin stringer-operatoru Saafa Qalinin İraqda silahlı naməlum şəxslər tərəfindən öldürüldüyünü bildirib.

Qeyd edək ki, dünən İraqın cənubunda “Diclə” telekanalının iki jurnalisti güllələnib. Telekanalın özünün yaydığı məlumata əsasən, reportyor Əhməd Abdel Səməd və operator Saafa Qali Bəsrə şəhərində öldürülüblər. “Ruptly” videoagentliyi RT beynəlxalq televizya şəbəkəsinin tərkibinə daxildir.

Related Articles

Bir cavab yazın

Back to top button