Dünya

Rus ordusu bugünə qədər 200 min itki verib-Baş qərargah

Ukraynaya hərbi təcavüz edən edən Rusiya Silahlı Qüvvələrinin itkkiləri artır.

Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahının yaydığı son məlumat rus itkilərinin miqyasının böyük olduğunu göstərir.

Mlumata görə, Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 199 980 hərbçisi məhv edilib.

Yalnız son sutkada rus ordusunun 520 hərbçisi zərərsizləşdirilib.

Məlumata görə, müharibə başlayandan Rusiya ordusunun döyüş itkiləri 3762 tank, 7 348 zirehli maşın, 2 732 operativ-taktiki PUA, 3150 artilleriya sistemi, 562 reaktiv yaylım atəşi sistemi, 316 hava hücumundan müdafiə sistemi, 973 qanadlı raket, 308 təyyarə, 294 helikopter, 18 gəmi/kater, 6 048 avtomobil və tanker, 410 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button