Azərbaycan

Rus sülhməramlı briqadasının minaaxtaranları Qarabağa göndərildi

Rusiya Silahlı Qüvvələri Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının mühəndis-istehkamçı bölmələrinin xüsusi texnika və avadanlığı Dağlıq Qarabağa gətirilir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, daşınma Rusiya hərbi nəqliyyat aviasiyanın İl-76 təyyarələri tərəfindən həyata keçirilir. Minaaxtaranlar Qarabağ münaqişəsi zonasında mühəndis kəşfiyyatı, ərazinin, yolların və obyektlərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirəcəklər.

Bundan əlavə, təchizat və evakuasiya marşrutlarının hazırlanması, suyun təmizlənməsi və digər mühəndis dəstəyi vəzifələrini təmin edəcəklər. Partlayıcı maddələrin aşkarlanması və axtarışı üçün xidməti itlərdən istifadə ediləcək.

Related Articles

Bir cavab yazın

Back to top button