Dünya

Rusi̇yada eti̇raz aksi̇yaları keçi̇ri̇li̇r

Aleksey Navalnının azad olunması istəyi ilə Rusiyanın müxtəlif bölgələrində aksiyalar keçirilir. Hüquq mühafizə orqanları icazəsiz etiraz aksiyalarına qatılanlara qarşı ciddi bildiriş edib. Artıq bir neçə gün öncədən etibarən Navalnının müttəfiqlərindən bir neçəsi saxlanılıb və ya cərimələnib. Məlumata görə, aksiyalar Novosibirsk, Vladivostok, Xabarovsk, Tomsk, Ulan-Ude, Kemerovo və başqa şəhərlərdə keçirilir. Artıq polis tərəfindən saxlanılanların olduğu bildirilir. Xatırladaq ki, janviənin 17-də Almaniyadan müalicədən geri dönən Aleksey Navalnı Moskoda “Şeremetyevo” hava limanında saxlanılıb. Növbəti gün saxlanıldığı polis bölməsində məhkəmə təşkil olunaraq ona 30 günlük həbs cəzası verilib. Navalnı fevriyənin 15-dək həbsdə olacaq. Daha sonra isə onun işi ilə bağlı yenidən məhkəmə keçiriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button