Dünya

Rusiya olimpiya oyunlarında və dünya çempionatlarında iştirak hüququndan məhrum edilib

Rusiyanın laboratoriyada dopinq məlumatlarını saxtalaşdırmaq ittihamına görə beynəlxalq yarışlarda iştirakına dörd illik qadağa qoyuldu.

Aznews.tv xəbər verir ki, qərar Dünya Anti-Dopinq (Wada) Təşkilatının İsveçrənin Lausanne şəhərində keçiriləcək tədbirində verilib.

Qərara əsasən Rusiya Olimpiya Oyunlarına, dünya və Avropa çempionatlarına, eləcə də digər beynəlxalq turnirlərə qatıla bilməyəcək. O cümlədən Rusiya beynəlxalq yarışlara da ev sahibliyi edə bilməz.

Səbəb isə dəfələrlə rusiyalı idmançılarda dopinqin aşkarlanmasıdır.

Bu qərar  dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil olunub. Sərəncam 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

***

Lakin Rusiya idmançıları Olimpiya Oyunlarında iştirak edə bilər. Yalnız onlar bu zaman Rusiyanı təmsil etməyəcəklər. Beynəxalq Olimpiya Komitəsinin bayrağı altında yarışlara qatıla biləcəklər. Dünya təcrübəsində əvvəllər belə hallara rast gəlinib.

Related Articles

Bir cavab yazın

Back to top button