Dünya

Rusiya Qara dənizdə nə axtarır? – “Moskva” kreyserində nüvə başlıqları…

Aprelin 15-də Ukrayna Odessa sahillərində batan Rusiyanın Qara dəniz donanmasının flaqmanı hesab olunan “Moskva” kreyserində nüvə başlıqlarının olduğu iddia edilir.

Buna görə də ruslar təyyarənin qalıqları içindən cihazları və silahları tez bir zamanda çıxarmaq istəyirlər. Partlayışda zədələnməyən nüvə başlıqlarının təhlükə yaratmadığı da bildirilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” əməliyyat komandanlığından bildirilib. Qeyd edilib ki, Rusiya tərəfi ölən dənizçilərin meyitlərini yox, gəmidə olan nüvə başlıqlı raketləri çıxarmaq üçün canfəşanlıq edir.

Qeyd edilib ki, kreyserdə 700 km mənzilli 16 yeni nəsil “Vulkan” qanadlı raket olub: “Əlimizdəki kəşfiyyat məlumatlarına görə, “Moskva” kreyseri Ukrayna müharibəsinə göndərilməzdən əvvəl 16 qanadlı raketin bir neçəsinə taktiki nüvə başlıqları yerləşdirilib. Gəmi batarkən adi partlayışlardan təsirlənməyən nüvə başlıqları indi Qara dənizin dibindədir. Ruslar nüvə hücumu reallığının üzə çıxmaması üçün bu başlıqları mümkün qədər tez bir zamanda çıxarmaq istəyirlər”.

Nüvə başlıqlarının arzuolunmaz əllərə düşməsi halında təhlükəsizlik riski yarada biləcəyi də bildirilir.

Qərb kəşfiyyat xidmətləri Rusiyanın batmış gəmi ilə bağlı sualtı araşdırmalarını bir neçə səbəblə əlaqələndirir. Onların fikrincə, Rusiya batan gəmidəki şifrəli rabitə vasitələrinin xarici ölkələrin əlinə keçməsini istəmir. Həmçinin partlamamış raketlərin çıxarılması da nəzərdə tutulub. Gəmidə həyatını itirən dənizçilərin cəsədlərini tapmaq və oradan çıxarmaq da bu səbəblərdən biridir.

Digər tərəfdən, Ukrayna rəhbərliyi ölkənin iqtisadi zonasında batan “Moskva” kreyserinin qalıqlarını milli tarixi sərvət elan edib. YUNESKO vasitəsilə Moskvaya çatdırılıb ki, Rusiya, Ukrayna administrasiyasının icazəsi olmadan ərazidə axtarış işləri aparıla bilməz və aparılan bütün işlər Kiyev tərəfindən qeyri-qanuni hesab olunacaq.

Qeyd edək ki, “Moskva”nın batmasının sirri hələ tam açılmayıb. Ukrayna tərəfi iddia edib ki, gəmi aprelin 14-də iki “Neptun” raketi ilə vurularaq batırılıb. Rusiya Müdafiə Nazirliyi isə raket hücumunu qəbul etməyib və fırtına zamanı baş verən yanğında sursatların partlaması nəticəsində gəmiyə böyük ziyan dəydiyini və ertəsi gün Sevastopol limanına çəkmək istəyərkən batdığını açıqlayıb.

Döyüş gəmisində canlı itkikilərin sayı da açıqlanmayıb. Rusiya tərəfi gəmidə bir dənizçinin öldüyünü, 27 dənizçinin isə itkin düşmüş hesab edildiyini açıqlayıb. Ukrayna tərəfi ən azı 100 rus dənizçisinin batan gəmidə öldüyünü elan edib.

Related Articles

Bir cavab yazın

Back to top button