Dünya

Rusiya şirkəti Xəzəryanı ölkələrdəki layihələrinə Daşkənd ofisindən nəzarət edəcək

“LUKoil Uzbekistan Operating Company” MMC-nin baş direktoru Stepan Qurjiy həmçinin “LUKOİL” şirkəti prezidentinin Azərbaycanda, Qazaxıstanda, Özbəkistanda və Türkmənistandakı nümayəndəsi təyin olunub.
“LUKoil” şirkətinin məlumatında deyilir ki, İdarə Heyəti bununla bağlı müvafiq qərar qəbul edib.
“LUKoil” Prezidenti təmsilçisinin funksional vəzifələri göstərilən ölkələrdə şirkətin təşkilatları arasında qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasını nəzərdə tutur”, deyə mətbuat üçün açıqlamada izah edilir.
Xatırladaq ki, Rusiyanın ən iri özəl enerji şirkəti olan “LUKoil” Xəzəryanı ölkələr içərisində Türkmənistan və İrandan başqa hamısında layihələrə malikdir. Onun ən iri xarici qaz layihəsi isə Özbəkistandadır.
Fevralın 16-da “LUKoil” Prezidentini Aşqabadda işgüzar səfərdə olarkən ölkə başçısı Qurbanqulu Berdımuhəmmədov Rusiya şirkətinin Azərbaycan və Türkmənistanın birgə işlətməyi planlaşdırdıqları Xəzər dənizindəki “Dostluq” yatağının işlənməsində iştirak etmək niyyətini alqışladığını bəyan etmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button