Dünya

Rusiya Tehranı təcrid etmək səylərini rədd edib

Rusiya ötən gün Amerikanın İrana qarşı təhrim təhdidlərini və Tehranı münzəvi etmək cəhdlərini rədd edib. Görünür, Moskov Birləşmiş Millətlər Təşkilatının silah təhrimi başa çatdıqdan sonra İranla nizami həmkarlığını genişləndirmək istəyir.
Rusiyanın Xarici İşlər vəziri Serqey Lavrov, Moskovda iranlı həmkarı ilə görüşdə, “Rusiya heç vaxt öz siyasətini Amerikanın təcavüzkar və qanunsuz istəklərinə uyğun tənzimləməyəcək”, – deyə bildirib.
O qeyd edib ki, Amerikanın hədələrinə baxmayaraq, Rusiya İranla iqtisadi həmkarlığını, o cümlədən atom enerjisi alanında davam etdirəcək.
“Son təhdidlər Vaşinqtonun sınan mallar mağazasında fil kimi davranmaq istədiyi həqiqətini təyid edir. Fikrimcə, Amerikanın indiki rəhbərliyinin diplomatik bacarıqları demək olar ki, həmişəlik itirilib”, – deyə Lavrov artırıb.

Related Articles

Bir cavab yazın

Back to top button