Dünya

Rusiya Ukraynaya bağlamada unitaz göndərməyi təklif edib

Rusiya Dövlət Dumasının vitse-spikeri Petr Tolstoy Ukrayna tərəfinin “qaytarılan gəmilərdə sanitar qovşaqlar sökülərək oğurlanıb” açıqlamasına münasibət bildirib.

NSN saytına istinadən məlumat verir ki, vitse-spiker qaytarılan gəmilərdə oğurluq olmadığını deyib:

“Amma ukraynalı həmkarlarımıza bağlama yolu ilə unitaz göndərmək lazımdırsa, biz bunu edə bilərik”.

Petr Tolstoy Rusiya Federal Təhlükəsizlik Xidmətinin yayımladığı görüntülərə istinad edərək qaytarılan gəmilərdə avadanlığa toxunulmadığını vurğulayıb.

Xatırladaq ki, Rusiya Kerç boğazında ələ keçirdiyi gəmiləri bir neçə gün öncə Ukraynaya qaytarıb. Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı İqor Voronçenko qaytarılan Ukrayna gəmilərində unitazların yoxa çıxdığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button