İran

Rusiya və İran XİN başçıları nüvə anlaşması məsələsini müzakirə ediblər

Rusiya və İran xarici işlər nazirləri Moskvada İran və 4+1 ölkələri arasında Vyanada davam edən atom razılaşmasına dair müzakirələrlə bağlı danışıblar.

Rusiya və İran xarici işlər nazirləri Moskvada İran və 4+1 ölkələri arasında Vyanada davam edən atom razılaşmasına dair müzakirələrlə bağlı danışıblar.

“Aznews tv”ın xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, görüşdə tərəflər Vyanada nüvə danışıqlarının davam etdirilməsi ilə bağlı iki ölkənin birgə mövqeyini vurğulayıblar.

Sergey Lavrov və Hüseyn Əmir Abdullahian habelə ikitərəfli əlaqələr, bir sıra beynəlxalq məsələlər və ticarət-iqtisadi səhələrdə birgə projələrin icrası məsələlərini müzakirə edib və Covid-19-la mübarizədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığa gəliblər.

Sergey Lavrov İran prezidenti İbrahim Rəisi ilə də görüşərək bölgəsəl məsələlər, o cümlədən Əfqanıstan, Suriya, Cənubi Qafqaz və Xəzər dənizi ilə bağlı fikir mübadiləsi aparıb.

Related Articles

Bir cavab yazın

Back to top button