İran

Urmunun tarixi məktəbi satışa çıxarılıb

Qərbi Azərbaycanın Yol və Şəhərsalma Baş İdarəsi Urmudakı tarixi Hidayət mədrəsəsini satışa çıxarıb. Məsələ ilə bağlı Qərbi Azərbaycanın Fərhəngi Miras Baş İdarəsinin rəisi Cəlil Cabbari açıqlama verib. Qurum rəsmisi bildirib ki, tarixi mədrəsənin müzaidəyə çıxarılmaması üçün Fərhəngi Miras Baş İdarəsi ilgili qurumlarla danışıqlar aparır. Məlumata görə, mədrəsənin satışa çıxarılması qəbulolunmazdır və Fərhəngi Miras Baş İdarəsinin qaydalarına ziddir.
“Urmunun Hidayət mədrəsəsi Milli Əsərlər Listəsində yer alır. Özünəməxsus memarlıq quruluşu olan bu tarixi tikilinin satışı Nəfayes Komitəsi tərəfindən müzakirəyə çıxarılıb. Mədrəsənin hərraca çıxarılması üçün isə heç bir qanuni prosesə əməl olunmayıb”, – deyə Cəlil Cabbari diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button