Dünya

Rusiyada son sutkada 361 nəfər COVID-19-dan ölüb

Rusiyada son bir gündə daha 25 173 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 114 502 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 361 nəfər artaraq 36 540-a yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 611 445 nəfər sağalıb.

Related Articles

Bir cavab yazın

Back to top button