Beynəlxalq Əfv Təşkilatı noyabrın 4-u gecə bəyanat yayaraq İran hökumətindən etirazçılara qarşı zorakılıqlara son qoymağı tələb edib.
Beynəlxalq təşkilatın bəyanatı cümə günü günorta saatlarından sonra Sista-Bəluçistan əyalətinin bir neçə şəhərində başlayan etiraz aksiyalarına, xüsusilə Xaş şəhərindəki nümayişçilərə qarşı odlu silahdan istifadə etməsindən sonra yayılıb.
Bəyanatda hökumət məmurlarının binaların damından etirazçıları hədəf alaraq güllələdikləri pislənilib.