Dünya

Rusiyanın son itkiləri AÇIQLANDI: PUA..

Ukrayna ordusu ötən sutkada Rusiyanın İran istehsalı olan 12 "Shahed" pilotsuz uçuş aparatını (PUA) məhv edib.

 məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Rusiya Krasnodar diyarının Primorsk-Axtarsk şəhərindən Ukraynanın cənub-şərq bölgəsinə 18 PUA buraxıb. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri onların 12-sini zərərsizləşdirib.
Bundan başqa, Ukrayna ordusu son sutkada Rusiyanın 510 hərbçisini məhv edib. Bununla da Ukraynada müharibə başlayandan indiyədək məhv edilən Rusiya hərbçilərinin sayı 232 810-a çatıb.
Ümumilikdə Rusiyanın digər döyüş itkiləri 4 070 tank, 7 944 zirehli maşın, 3 652 operativ-taktiki PUA, 4 330 artilleriya sistemi, 408 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 309 helikopter, 6 898 avtomobil və tanker, 658 reaktiv yaylım atəş sistemi, 612 xüsusi texnikadan ibarətdir.

Related Articles

Bir cavab yazın

Back to top button