İran

Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Əli Xamneyinin ilk mövqeyi

İranın dini lideri Əli Xamenei Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı ilk dəfə fikrini bildirib: “Ukrayna Amerikanın siyasətinin qurbanıdır”.

İranın dini lideri Əli Xamenei Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı ilk dəfə fikrini bildirib: “Ukrayna Amerikanın siyasətinin qurbanıdır”.

“Aznews tv”ın xəbərinə görə, o, bugün İran televiziyası ilə çıxışında əlavə edib: “Biz dünyanın hər bir yerində müharibəyə qarşıyıq. Biz insanların öldürülməsinin və əhalinin infrastrukturunun məhv edilməsinin əleyhinəyik”.

İranın Ukraynada savaşın dayandırılmasını istədiyini qeyd edən Xamenei habelə bildirib: “Ukrayna böhranının kökündə Amerikanın siyasəti dayanır. Ukraynanı bu həddə ABŞ çatdırıb”.

İran lideri Ukrayna xalqını da tənqid edərək deyib: “Ukrayna xalqı meydana daxil olsaydı, Ukrayna hökumətinin və xalqının vəziyyəti bu cür olmazdı”.

Related Articles

Bir cavab yazın

Back to top button