Azərbaycan

Ruzbeh Piriyə magistr imtahanlarına qatılmağa icazə verilmədi

Təbriz zindanında saxlanılan milli-mədəni fəal Ruzbeh Piri magistr imtahanlarına qatıla bilməyib.

Buna səbəb həbsxana rəhbərliyinin onun müvəqqəti məzuniyyətə buraxılmasına icazə verməməsi olub.

Zindanın 15-ci bölməsində saxlanılan Piri həbs olunmamışdan iki həftə öncə hüquq sahəsində magistr imtahanlarında iştirak etmək üçün müraciə etmişdi.

O, həbs olunduqdan sonra əlaqədar qurumlara və zindan məsullarına məktublar yazaraq qanuni hüququndan istifadə edərək mayın 20-də keçiriləcək imtahanlara qatılması üçün icazə verilməsini istəməsinə baxmayaraq bu baş tutmayıb.

Təhsil haqqı müxtəlif insan hüquqları bəyannamələrində, sənədlərində və konvensiyalarında təsbit olunmuş əsas insan hüquqlarından biridir.

Qeyd edək ki, İslam Azad Universitetinin Təbriz filialını proqram təminatı ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirən Ruzbeh Piri fevralın 12-də saxlanılıb.

İran hökumətinin təhlükəsizlik məmurları onun Təbrizdəki ata evinə basqın edib və fəalı özləri ilə aparıblar.

Sonradan Pirinin bundan öncə “hökumətə müxalif qruplara üzvlük” ittihamına görə məhkum olunduğu 3 il 8 ay həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına köçürüldüyü bəlli olub.

“Təbriz” tələbə jurnalının baş redaktoru, “Müstəqil Tələbələrin İslam Cəmiyyəti” təşkilatının qurucularından biri və “Sultan Məhəmməd Fateh” kitabının tərcüməçisi olan Ruzbeh Piri bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button