İran

ŞƏHİDLƏRİN XATİRƏSİNƏ HƏSR OLUNAN ÖZƏL DƏRGİ HAZIRLANDI

Milli hərəkətin gənc üzvləri şəhidlərin xatirəsinə həsr olunan özəl dərgi hazırlayıb.
44 səhifəlik ” GƏNCLİK ” adında kitabça 1385- il xordad qiyamının il dönümündə Güney Azərbaycanın bir çox şəhər və bölgələrində yayımlanıb. Nəşrin əsas mövzusunu milli hərəkatımızda gənclərin önəmi rolu təşkil edir. Birinci üzdə Xordad qiyamında iştirak edən gənclərin yürüyüşündən bir şəkil yerləşdirilib. Arxa üzündə isə Seyid Cəfər Pişəvərinin 1324-25-ci illərdə qurduğu Milli hökümətin baş savıcısı Firidun İbrahimi ilə hərəkatın tanınmış simalarndan olan Əziz Purvəlinin il dönümü münasibəti ilə əksi işlənilib. . “Gənclik” nəşrinin son səhifəsində Xordad qiyamında şəhid olan Behzad Səbuhi Nəjad, Eyvəz Siyahi, Rza Mirağapur Dərviş, Fərzad Əsədpur, Hümmət İsimzadə, Səttar Səlimi, Sina Tariq, Əkbər Noruzi, Həsən Fəthi Pur, Cəlil Abidi, Əsgər Qasimi, Tohid Azəriyun, Və Fərhad Möhsini Nigaristan haqqında qısa bilgilər verilib.

Related Articles

Bir cavab yazın

Back to top button