az

MİLLƏT VƏKİLİNDƏN QƏZAİYƏ QÜVVƏSİNƏ QARŞI SƏRT SÖZLƏR

Qəzaiyə Qüvvəsi xalqın ədalət üçün sığındığı qurum deyil, əksinə səriştəsiz idarəetmənin ört-basdır edilməsi üçün bir vasitədir

Zəngandan olan millət vəkili Feridun Əhmədi Məclisin ümumi toplantısında çıxışı zamanı Qəzaiyə Qüvvəsinin “pərvəndə açmaq şəhvəti”nə tutulmasını intiqad edərək deyib: “Mənə artıq sabit oldu ki, Qəzaiyə Qüvvəsi nəinki xalqın və məzlumların üz tutduqları və sığındıqları orqan deyil, əksinə ölkədə nöqsanların, çatışmazlıqların və səriştəsiz idarəçiliyin ört-basdır edilməsi üçün bir vasitə rolunu oynayır”.

Feridun Əhmədi, ötən ilin şəhrivər ayında İranda “maşın bazarında ixtilal yaratmaq” ittihamı ilə tutulan iki millət vəkilindən biridir. O, vəsiqə qarşılığında azad olunduqdan sonra bəzi dairələrin fəsadla mübarizə bəhanəsi ilə onunla hesablaşmağa çalışdıqlarını bildirib.

Əhmədi, ordibeheştin 29-da Məclisdə etdiyi çıxışında “ölkədə yeni şəhvətin yarandığını və bunun bütün şəhvətlərdən daha xətərli sayıldığını, bunun da pərvəndə açmaq şəhvəti olduğunu” vurğulayaraq deyib: “Seçki rəqabəti zamanı xalqa millət vəkilinin toxunulmaz olduğunu, sizin haqlarınızdan difa edərək vəzirin yaxasından tutacağını və qorunacağını söylədik. Amma son 4 ildə heç bir qorunma görmədik ki heç, qalanı qalsın, hər sirri də açmaq olmaz”-deyə o vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button