İran

Şəhram Həbibzadə koronavirusla bağlı insanlara xəbərdarlıq etdi

Şəhram Həbibzadə Tir ayının 30-da ustanda epideminin rekord həddə çatması ilə bağlı fikir bildirib. Ərdəbilin tibb elmlər Danişqahının müdirinin sözlərinə görə, cəmiyəti çox olan 4 şəhər koronavirus səbəbi ilə qırmızı vəziyətdədir. “Son 24 saatda 71 nəfər mərizxanada yatırılıb.
50 mərizin durumu təhlükəlidir. 11 nəfər isə həyatını itirib. Üstü örtülü yerlərdə 2 nəfərdən çox adam bir araya gəlməməlidir. ” deyə o, əlavə edib. Bildirilib ki, koronavirusa görə, mərizxanalara gedənlərin ən çoxu Ərdəbil, xiyav, Muğan və Xalxal şəhərlərindəndir. Məlumata görə, növbəti günlərdə daha da böhranlı vəziyyət yarana bilər. Həbibzadə bu vəziyətin təhlükəli olduğunu diqqətə çatdırıb. O, insanları mask taxamağa, habelə ictimai məsafəyə diqqət etməyə çağırıb. Həbibzadə yetərincə mask və təmizlik maddələrinin olduğunu iddia edib. Diqqət edilirsə iki həftə sonra məriz sayılarının azalacağını xəbər verib. Habelə doktorlar və pərəstarların bu isti havada çətin şəraitdə işlədiklərini diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button