Azərbaycan

Sərəskənddə onlarla kəndin yolu bağlanıb

Bu barədə fərmandar məlumat verib.

Şərqi Azərbaycan əyalətinin Sərəskənd şəhərinin başçısı(fərmandar) mediaya verdiyi açıqlamada güclü qar nəticəsində bölgənin 80 kəndinin yolunun bağlandığını və ətraf aləmdən təcrid olunduğunu deyib.

O, xüsusilə dağlı bölgələr sayılan “Atəş bəy”, “Dərin su” və “Səhəndabad”da iki gündür aparılan çalışmalara baxmayaraq qar və çovğunun güclü olduğu üçün yolların açılmasının mümkün olmadığını bildirib.

Sərəskəndin Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin başçısı Əli Əbülhəsəni əhali və sürücülərə xəbərdarlıq edərək vacib olmadığı təqdirdə yola çıxmamalarını tövsiyə edib.

Related Articles

Bir cavab yazın

Back to top button