İran

Şərqi Azərbaycanda bir çox kənd içməli sudan məhrum qalıb

Şərqi Azərbaycan əyalətində 760 kəndin içməli su şəbəkəsi yoxdur. Bu barədə Şərqi Azərbaycan valiliyinin kəndlər üzrə şöbəsinin müdiri Tağı Kərəmi məlumat verib. O, bildirib ki, əyalətin 3 min 77 kəndindən 2 min 709 kənddə əhali yaşayır. Bu kəndlərin isə yüzdə 72-si su şəbəkəsi ilə təchiz olunub.
Xatırladaq ki, Qərbi Azərbaycan əyalətinin Su idarəsinin müdiri Əlirza Rəzəvi bu kəndlərdə yaşayan əhalinin yüzdə 24-nün keyfiyyətli və sağlam içməli sudan məhrum olduğunu bildirmişdi.
Rəsmi amarlara əsasən, bu ərazidə yaşayanlar iqtisadi problemlərdən dolayı, öz ata-baba yurdunu tədricən tərk edirlər. Onlar işləmək üçün şəhərlərə üz tuturlar. Nəticədə, onlarla kənd əhalidən boşalır. Belə ki, Şərqi Azərbaycan əyalətinin 368 kəndində artıq yaşayış yoxdur.
Həmədan valiliyinin Şura və Kəndlər üzrə Mərkəzinin müdiri Fridun Ərəbi 2016-cı ildə əyalətin 320 kəndinin əhalidən boşaldığını açıqlayıb. Ərdəbil əyalətinin İdarəetmə və Planlaşdırma Təşkilatının rəsmisi Mehdi Seyid Kazimi də 2018-ci ildə əyalətin 211 kəndində yaşayışın olmadığını vurğulayıb.
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close