Bu barədə Şərqi Azərbaycan Vətəndaşlıq Reyestrinin İnformasiya Texnologiyaları və Demoqrafik Statistika üzrə müavini Səid Hümməti məlumat verib.
O, bununla yanaşı əyalətdə cəmiyyətin qocalma prosesinin sürətləndiyini və yaşlı əhalinin sayına görə Şərqi Azərbaycan İran üzrə 6-cı yerdə dayandığını bildirib.
Ekspertlərin fikrincə, bu tendensiya davam edərsə, qarşıdan gələn 4 il ərzində cəmiyyət mənfi artım tempi ilə üzləşəcəcək.
Bundan öncə məsələ ilə bağlı açıqlama verən Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan gənclərin evlənməməsinin, ailələrin uşaq dünyaya gətirmək istəməməsinin əsas səbəbinin işsizlik, yoxzsulluq və gələcəyə inamsızlıq olduğunu bildirib.