Təbriz Tibb Elmləri Universitetinin qida və dərman məsələləri üzrə rektor müavini Müslim Nəcəfi problemi təsdiq edərək bunun aradan qaldırılmasına çalışdıqlarını deyib.
Qeyd edək ki, Dərman Sənayesi Sahibləri Birliyinin başçısı Məhəmməd Əbdzadənin verdiyi məlumata görə, hazırda İranda 300 adda dərman tamamilə yoxa çıxıb və adi antibiotik və serum çatışmazlığı yaşanır.