Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin verdiyi məlumata görə, aprelin 12-dən başlayan güclü külək və fırtına Şərqi Azərbaycan əyalətinin bir çox bölgələrində ciddi problemlər yaradıb, 6 nəfərin yaralanmasına səbəb olub.
Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniyanın verdiyi məlumata görə, Təbriz Bazarında uzun ömürlük çınar ağacının qırılıb vətəndaşın üstün düşməsi nəticəsində bir nəfər həyatını itirib.
Bununla yanaşı Təbrizin bir sıra məhəllələri və əyalətin bir neçə şəhər və kəndində elektrik xətləri sıradan çıxıb, elektrik enerjisinin verilişi dayanıb.