Azərbaycan

Şərqi Azərbaycanda iş qəzalarında ölənlərin statistikası açıqlanıb

Tibbi Eksoertiza Mərkəzinin başçısı əyalətdə iş qəzalarında ölənlər barədə statistikanı açıqlayıb.

Şərqi Azərbaycan əyalətinin Statistika Mərkəzinin başçısı Əli Səfayifərd əyalətdə iş qəzalarında ölən işçilərin statistikasını açıqlayıb.

Onun bildirdiyinə görə, cari günəş ilinin ilk 8 ayında Şərqi Azərbaycanda 61 işçi iş yerlərində baş verən qəzalar nəticəsində həyatını itirib.

Məlumatda, 35 nəfərin hündürlükdə yıxılma, 12 nəfərin bərk cismin dəyməsi, 6 nəfərin elektrik cərəyanı vurması, 2 nəfərin hipoksiya (oksijen çatışmazlığı), 1 nəfərin boğulma və 5 nəfərin isə yanıq xəsarətləri nəticəsində öldükləri bildirilir.

Səfayifərdin sözlərinə görə, eyni müddətdə 34-ü qadınm olmaqla 1003 işçi iş yerlərində aldıqları xəsarətlərə görə tibb məntəqələrinə müraciə ediblər.

Tibbi ekspertiza Mərkəzinin başçısı. Bununla yanaşı noyabr ayında 5 nəfərin iş qəzasında öldüyünü, 5-i qadın olmaqla daha 136 nəfərin iş qəzaları nəticəsində xəsarət aldığını qeyd edib.

Qeyd edək ki, İran Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəsmi məlumatlara görə hər il İranda minlərlə işçi iş qəzaları nəticəsində həyatını itirir, on minlərlə işçi isə yaralanır.

Müstəqil həmkarlar ittifaqı və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini, ölüm və yaralanma hallarının verilən rəsmi statistikada göstərildiyindən bir neçə dəfə çox olduğunu bildirirlər.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qorucu geyim, avadanlıqlarla təmin edilməmələrini ölüm hallarının çoxalmasındaa əsas səbəblərdən biri kimi göstərirlər.

Related Articles

Bir cavab yazın

Back to top button