İranSağlıq & Yaşam

Şərqi Azərbaycanda məhdudiyyətlərin icrasına başlanılıb

Şərqi Azərbaycan və Təbriz şəhristanında koronavirusla ilgili durum kəskinləşib. Bu gündən ustanın qırmızı və narıncı məntəqələrində məhdudiyyətlər tətbiq olunacaq. Koronavirusla mübarizə Qərargahının verdiyi bilgilərə görə, qırmızı şəhərlərdə sadəcə birinci qrup iş yerlərinin fəaliyyətinə icazəsi verilir. 2,3,4-cü qrup iş yerlərinin fəaliyyəti qadağan edilib. Narıncı durumda olan şəhərlərdə isə 1 və 2-ci iş qrupları fəaliyyətini davam etdirə biləcək. Amma 3 və 4-cü qruplar fəaliyyət göstərə bilməyəcək. Hazırda qırmızı durumda olan 257 şəhərdə yerli maşınların çıxışı və yerli olmayan maşınların girişi qadağan edilib. Restoranlar isə yalnız çatdırma xidməti göstərə biləcək. Koronavirusla mübarizə qərargahının açıqlamasına görə, bu gündən başlayaraq ölkədə 10 günlük tətil elan olunur. Əgər lazım gələrsə, tətillərin müddəti uzadıla bilər.

Related Articles

Bir cavab yazın

Back to top button