Azərbaycanİran

Şərqi Azərbaycanda tarixi məkan məhv edildi

Şərqi Azərbaycan əyalətinin Leylan bölgəsində bir müddət əvvəl nadir tarixi əsərlərin tapıldığı məkan məhv edilib.

Bu barədə yerli mədəni fəallar məlumat yayıblar.

Bildirilib ki, həmin məkan Kənd Təsərrüfatı Nazirliyinin yerli bölməsinin icazəsi ilə dağıdılıb və yerində üzüm tənəkləri əkilib.

9 min illik tarixi məkanın bir hissəsində isə heyvanfarlıq ferması inşa edilib.

Mədəni fəalar Mədəni İrs Təşkilatının məsələ ilə bağlı müraciətlərə cavab vermədiyi bildirilib.

Qeyd edək ki, cari ilin mart ayında qeyd olunan yerdə bir qadın və bir kişinin skeletləri yanında eradan 6500 əvvələ aid 5 mis külçəsi tapılıb.

Təbrizin 163 km cənub-qərbində yerləşən tarixi Leylan şəhəri bundan əvvəl də nadir tapıntıları ilə gündəmə gəlib.

Related Articles

Bir cavab yazın

Back to top button