Azərbaycanİran

Şərqi Azərbaycandan müxtəlif ölkələrə tibb bacılarının miqrasiyası artıb

Təbriz Tibb Elmləri Universitetinin tibb üzrə vitse-prezidenti Cavad Əhmədian Şərqi Azərbaycandan müxtəlif ölkələrə tibb bacılarının miqrasiyasının artdığını açıqlayıb:

“Bu məsələ vilayətin səhiyyə və tibb mərkəzlərinə o dərəcədə təsir edib ki, bir sıra mərkəzlərdə, xüsusən də aztəminatlı və kənd yerlərində xəstələrə tibbi xidmət göstərmək üçün ümumi praktiki həkim yoxdur, baxmayaraq ki, Şərqi Azərbaycanda universitet mərkəzlərinin kifayət qədər məzunu var”.

Əhmədian Şərqi Azərbaycanın tibb ocaqlarında həkimlərin çatışmazlığının əsas və mühüm səbəblərindən birinin məvacibin az olması olduğunu bildirib:

“Bununla bağlı Təbriz Tibb Elmləri Universiteti Səhiyyə Nazirliyinə maaş və xidmət haqqının iki dəfə artırılmasını təklif etmişik. Eyni təklif təcili tibbi yardım üçün də təklif olunub və nəhayət təsdiq olunarsa, müalicə sahəsində ixtisaslaşmış insan resurslarının çatışmazlığı ilə bağlı problemlərin əksəriyyəti həll olunacaq”

Related Articles

Bir cavab yazın

Back to top button