Dünya

Səudiyyə Ərəbistanı Livandan meyvə-tərəvəz idxalını dayandırıb

Səudi Ərəbistan ordibehiştin 3-də uyuşdurucu ticarətinin artmasına görə Lobnandan mivə və tərəvəz varidatını qadağan edib. Məlumata görə, qadağanın icrasına ordibehiştin 4-ü yerli vaxtla saat 09:00-da başlanılıb. Səudi Ərəbistanın dövlət xəbər ajansı bildirir ki, Lobnan məqamları uyuşdurucu qaçaqçılığının qarşısını alana qədər bu qadağa qüvvədə saxlanılacaq. “Ölkə məqamları qaçaqçılığın qarşısını almaq üçün gərəkən tədbirlər görməlidir. Bununla da vətəndaşlara, əkinçilərə, sənayeçilərə, o cümlədən Lobnanın iqtisadına dəyən ziyanın qarşısı alına bilər”,-deyə məlumatda diqqətə çatdırılıb. “Reuters” xəbər verir ki, Səudiyyə Ərəbistanının bu qərarı Lobnanda iqtisadi durumu pisləşdirəcək. Adının açıqlanmasını istəməyən bir Lobnan məqamı ajansa açıqlamasında bildirib ki, Səudi Ərəbistanın Lobnandan mivə və tərəvəz varidatını qadağan etməsi siyasi hədəflərlə ilgilidir. “Kəngər Körfəzi ölkələrinə, özəlliklə Səudi Ərəbistana mivə və tərəvəz sadiratı ilə Lobnana dollar axırdı. Qadağa nəticəsində iqtisadi basqılar artacaq”,-deyə lobnanlı məqam bildirib. Səudi Ərəbistanın Gömrük Təhlükəsizlik İşlərinin müavini Məhəmməd Bin Əli Əl Nəiminin sözlərinə görə, Cəddə Dəniz Limanında Lobnandan gətirilən nar yükünün içərisindən 5 milyon 300 mindən çox Keptaqon qursu, uyuşdurucu Amfetamin qursunu bəlli edilərək götürülüb. Lobnanın Əkin Baxanalığı isə məsələ ilə bağlı heç bir sənədin təqdim olunmadığını iddia edir.

Related Articles

Bir cavab yazın

Back to top button