Azərbaycan

Şəbistərin ən böyük qida sənaye fabrikində yanğın olub

İyulun 14-ü gecə saatlarında Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərinin ən böyük qida sənayesi müəssisəsi "Şirin əsəl" fabrikində güclü yanğın olub.

Yanğın güclü olduğu üçün bütün ətraf bölgələrin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Güclü yanğının yalnız 15 iyul səhər saatları söndürüldüyü bildirilir.

Məlumatda iki fabrik işçisi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gedən yanğınsöndürmə maşınlarından biri aşıb. Nəticədə iki yanğınsöndürənin xəsarət aldığı bildirilir.

Şərqi Azərbaycan Böhran İdarəetmə Mərkəzi yanğın nəticəsində meydana gələn xəsarətlərin dəqiqləşdirildiyini deyib.

Bununla yanaşı Təbrizin tarixi məşhur qızıl bazarı olan “Əmir bazarı”ında da yanğın baş verib.

Axşam saatlarında baş verən yanğının söndürüldüyü və insan itkisinin olmadığı deyilir.

Related Articles

Bir cavab yazın

Back to top button