Azərbaycanİran

Şəbistərli fəal Məcid Vəlizadənin taleyi barədə məlumat verilmir

Şəbistərli fəal Məcid Vəlizadənin taleyi barədə məlumat verilmir. Onun durumu barədə ailəsinin müraciətləri cavabsız qalıb.

Şərqi Azərbaycan əyalətinin Şəbistər bölgəsinin Şindabad şəhərindən olan Məcid Vəlizadənin taleyi barədə ailəsinə məlumat verilməməsi onun salamlıq durumu barədə narahatlıqları gücləndirib.

Onun ailəsinin övladlarının nədə ittihamolunduğu və harada saxlanıldığı barədə hökumət qurumlarına müraciətləri cavabsız qalıb.

Qeyd edək ki, son bir neçə həftə ərzində Güney Azərbaycan bölgələrində minlərlə etirazçı həbs edilib.

Onların dəqiq sayı bilinməsə də, bir neçə gün bundan öncə hazırda həbsdə olan güneyli vəkil Sina Yusifi 25 gün ərzində yalnız Təbrizdə 1700 nəfərin saxlanıldığını bildirmişdi.

O, bu barədə məlumat yaydıqdan və məhbusların hüquqlarını müdafiə komitəsi yaratmaq istədikdən sonra daha başqa iki vəkillə birlikdə həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button