İran

Sədif Bədridən Ərdəbilin dəmir yolu layihələri ilə bağlı açıqlama

“Ərdəbil-Miyana dəmir yolu projəsinin tamamlanması və Azərbaycanın dəmir yolu şəbəkəsinə birləşdirilməsi öncəlikdə duran məsələdir”. Bu fikirləri Ərdəbildən olan millət vəkili Sədif Bədri səsləndirib. Onun sözlərinə görə, Ərdəbil-Parsabad dəmir yolu projəsinin birinci mərhələsi ilə bağlı araşdırmalar aparılıb. Projənin bu il həyata keçirilməsi nəzərdə tutulub. Bu dəmir yolunun da Azərbaycanın dəmir yolu şəbəkəsinə qoşulması planlaşdırılır. Bədri məsul şəxslər tərəfindən Ərdəbil-Muğan dəmir yolu projəsinin icrası ilə bağlı müvafiq işlərin görüldüyünü bildirib. O, həmin dəmir yolu xəttinin Quzey-Güney dəhlizi çərçivəsində ən uyğun və ucuz dəmir yolu olduğunu vurğulayıb. Sözügedən dəmir yolu xəttinin Biləsuvar və Parsabad-Muğan mərz gömrüyünə qədər davam etdirilməsi nəzərdə tutulub. Beləliklə, bütün Ərdəbil ustanı ölkənin dəmir yolu şəbəkəsinə qoşulacaq. Ərdəbil-Astara, Nir-Sərab və Ərdəbil-Muğan ana yollarının tikintisi məsələsi də gündəmdədir. Qeyd edək ki, İran rejimi illərdir Güney Azərbaycan bölgələrini gəlişmədən uzaq tutmağa çalışır. Güney Azərbaycan vilayətləri əlverişli geosiyasi və geoiqtisadi mövqedə yerləşməsinə baxmayaraq, gəlişə bilmir.

Related Articles

Bir cavab yazın

Back to top button