İran

Səhənd dağının bitki örtüyü məhv ola bilər

Şərqi Azərbaycanın Səhənd dağının yamaclarında təbii ehtiyatların düzgün istifadə edilməməsi ekoloji problemə səbəb olub. Mütəxəssislər bölgənin bitki örtüyünün məhv olması ehtimalı ilə bağlı bildiriş ediblər. Məsul idarələr tərəfindən ciddi nəzarətin edilməməsi sakinlərin bölgədən otlaq sahəsi kimi istifadə etməsinə yol açıb. Burada əkin sahəsi və bağlar salınıb. Bu durum davam edərsə, Urmu gölü faciəsindən də kəskin ekoloji böhran yaşanacaq. Nəticədə Səhəndin zəngin və misilsiz təbiəti çöllüyə çevrilə, bölgə iqlimində kəskin dəyşikliklər yarana bilər. Məsulların Səhənd dağında yaşam çevrəsinin qorunmasına laqeyd yanaşması bölgənin toplum və iqtisadi quruluşunda ciddi müşküllərə yol açacaq.

Related Articles

Bir cavab yazın

Back to top button