Azərbaycanİdmanİran

Səhənd stadionu “Traktor” klubuna verilə bilər

“Azərbaycan Assosiasiya” Telegram kanalında Təbrizin Səhənd stadionunun tutumu ilə bağlı yaşanan çətinliklər barəsində məqalə dərc edilib. 

Bildirilib ki, “Traktor” – “Sepahan” qarşılaşmasında təxminən 70 minə yaxın azarkeş qəbul etməyə şəraiti olan stadiona 100 min soydaşımız gəlmişdi. Minlərlə şəxs isə evlərinə qayıtmalı olub.

Şərqi Azərbaycan əyalətinin İdman və Gənclər İdarəsi stadionun “Traktor” klubuna təhvil verilməyə hazır olduğunu və klub sahibinin futbol məbədinin tutumunu artıra biləcəyini bildirib.

Səhənd stadionunun tutumu 71 min 833 nəfərdir.

Related Articles

Bir cavab yazın

Back to top button