Azərbaycan

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində dövlət rəsmiləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.

O.Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq 3 dəfə yayılım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanın Dövlət bayrağını şəhidin ailəsinə təqdim edib. (report)

Related Articles

Bir cavab yazın

Back to top button