İran

Səid Xətibzadə sanksiyaların aradan qaldırılması ilə bağlı xəbərdarlıq edib

“İrana qarşı təhrimlər isfəndin ilk həftəsinə kimi ləğv olunmasa, İlhaqi Protokolun icrası mütləq dayandırılacaq”.
Bunu İranın Xarici İşlər Vəzirliyinin sözçüsü Səid Xətibzadə deyib. Onun sözlərinə görə, İlhaqi Protokolun icrasının dayandırılması Beynəlmiləl Atom Enerjisi Ajansının İranın atom bərnaməsinə qoyduğu bütün nəzarətlərin dayandırılması anlamına gəlmir. Belə ki, İran nəzarətlərin bir sırasının icrasına icazə verəcək.
Vəzirlik rəsmisi, habelə Amerikanın yeni prezident dəftərinin fəaliyyətinə də aydınlıq gətirib. Səid Xətibzadə deyib ki, Co Bayden keçmiş prezident Donald Trampın İrana qarşı tətbiq etdiyi basqıları davam etdirməyə çalışır.

Related Articles

Bir cavab yazın

Back to top button