Azərbaycan

Şərqi Azərbaycanda daha 13 koronovirus xəstəsi həyatını itirdi

Təbriz Tibb Elmləri Universitetinin başçısı Bəhmən Nəqipur hazırda Şərqi Azərbaycanda koronavirusa yoluxanlar və həyatını itirənlərlə bağlı son məlumatı açıqlayıb.

Təbriz Tibb Elmləri Universitetinin başçısı Bəhmən Nəqipur son 24 saatda əyalətdə koronovirus xəstələrinin daha 13 nəfərinin həyatlarını itirdiyini deyib.

O, peyvənd olunma prosesinin azaldığına görə yoluxanların və qurbanlarının sayının dahada çoxaldığını, son gecə-gündüz ərzində daha yüzlərlə insanda virusun aşkar olunduğunu bildirib.

Nəqipur hal-hazırda əyalət xəstəxanalarında 839 koronovirus xəstəsinin müalicə olunduğunu, onlardan 216 nəfərinin reanimasiya bölmələrində yerləşdirildiyini qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button