İran

Şərqi Azərbaycanda elektrik kəsintisinin səbəbləri açiqlanib

Şərqi Azərbaycan ustandarının iqtisadi işlər müavini Əli Cahangiri əyalət üzrə elektrik kəsintilərinin baş verməsindən danışıb. O, kəsintiyə səbəb kimi enerji məsrəfinin artmasını, niruqahlarda yanacaq çatışmazlığını, elektrikin verilməsi ilə bağlı bərnaməzsizliyi qeyd edib. Problemin həlli ilə bağlı işlərin görüldüyünü bildirib. Changiri sözügedən müşküllə bağlı əyalətin elektrik şirkətləri, Sənaye, Mədən və Ticarət Sazimanın hüzuri ilə bir sıra toplantılar keçirdiklərini deyib. Ev və iş yerlərinin elektrik təminatının kəsilməməsi ilə bağlı qərar qəbul edilib.
Cahangiri elektrikin iztirari kəsilməsi ilə sənaye vahidlərinə dəyən ziyanı hələ hesablamadıqlarını açıqlayıb. O, elektrik kəsintisi zamanı asansorlarda qalanların olduğunu açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button