İran

Şərqi Azərbaycanda koronanın beşinci dalğası başlayıb

Doğu Azərbaycan əyalətinin Sağlıq Mərkəzinin Yoluxucu Mərizliklər bölməsinin müdiri deyib: “Miyana, Sərab, Əcəbşir və Tufarqanda koronavirusun “qırmızı” qrupa girməsi ilə əyalətdə koronavirusun beşinci dalğası başlayıb”.

Simin Xəyyatzadə bildirib: “Təbrizdə də koronavirusla bağlı durum qırmızıya çevrilməkdədir və indi bu şəhərdə narıncı durum sürür”.

O artırıb: Culfa, Mərənd, Bostanabad, Bünab, Məlekan, Əhər, Horənd, Şəbistər, Heris və Marağa koronanın narıncı durumunda, Osku, Xudafərin, Kəleybər, Həştrud, Çaruymaq, Vərzqan və Horənd şəhərləri sarı durumdadır”.

Xəyyatzadənin sözlərinə görə, son 24 saata Doğu Azərbaycanda koronavirusa yoluxmadan orta hesabla üç-dörd ölüm var və korona testlərinin yüzdə 20-22-nin cavabı müsbətdir.

Related Articles

Bir cavab yazın

Back to top button