İran

Milli fəal Rza Vasiqi məzuniyyətə buraxılıb

Juiyyənin 22-i, axşam saatlarında Ərdəbil şəhərindən olan milli-mədəni fəal Rza Vasiqi vəsiqə qarşılığında mürəxəsiyə buraxılıb.

Bundan öncə onun qardaşı Əli Vasiqi iki həftəlik mürəxəsisinin bitdiyi üçün 15 juiyyə tarixində 2 illik həbs cəzasının qalan hissəsini çəkmək üçün həbsxanaya dönmüşdür.

Ə. Vasiqi qardaşları 2020-ci il juən ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərinə təhlükəsizlik məmurlarının hücumu nəticəsində saxlanılıb.

Saxlanılma zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüb.

Gecə traketləri çap edib yaymaqla “ölkənin milli əmniyyətinə qarşı cinayət törətməyə çaba”da ittiham edilən milli fəallar iki il həbsə məhkum ediliblər.

1985-ci ildə Ərdəbildə anadan olmuş Əli Vasiqi iki qız atasıdır. O, 2011, 2015 və 2018-ci illərdə də milli-mədəni fəaliyyətlərinə görə saxlanılıb, işgəncə görüb və həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button