İran

Şərqi Azərbaycanda koronavirusla bağlı son durum

Şərqi Azərbaycan ustanında son iki ayda Kovid-19-a yoluxma və ölüm halları üzrə sabit durum qeydə alınıb. Bu barədə Təbriz Tibb Elmləri Danişqahının müalicə işləri üzrə müavini Ruzbeh Rəcayi bilgi verib. Onun sözlərinə görə, hazırda ustanda mərizxanaya yerləşdirilənlərin ümumi sayı 425 nəfərdir. “Gündəlik mərizxanaya yerləşdirilənlərin sayı isə 70-80 nəfər arasında dəyişir. Virusun yayılmasının azaldığı bir şəraitdə olsaq da, durum hələ də ciddidir. Yenidən yoluxma sayında ən yüksək həddə qayıda bilərik”,-deyə Rəcayi bildirib.
Qeyd edək ki, İran rəsmilərinin koronavirusa qarşı önləm almağa gec başlaması durumu daha da çətinləşdirib. Buna görə də Güney Azərbaycan bölgələrində virusa yoluxma və ölüm halları yüksək olub. Mərizxanalarda dava və taxt çatışmazlığı da müşküllər sırasında yer alır.

Related Articles

Bir cavab yazın

Back to top button