İran

Şərqi Azərbaycanda koronavirusla ilgili son durum

“Şərqi Azərbaycanda durum hələ də qırmızıdır. Mehrin 28-də 345 nəfər koronavirusa tutulub. 26 nəfər isə ölüb. Ustanda koronaya tutulanların sayı çoxdur və bu mərizliyinin kontrol olunması üçün çox işlər görülməlidir”. Bu sözləri Təbriz şəhəri Tibb Elmləri Danişqahının sağlıq işləri müavini Abbasəli Dürüsti deyib. “Bu mərizliyin kontrol olunması üçün sağlıq qaydalarına riayət olunmasıdır. Haraya getməsindən və harada işləməsindən asılı olmayaraq evdən çıxarkən mask taxılmalıdır. İctimai fasiləyə riayət olunması və əllərin ardıcıl yuyulması unudulmamalıdır. Bugün hamı sağlıq qaydalarına riayət olunmasına milli bir vəzifə kimi yanaşmalıdır”,-deyə o, açıqlama verib.

Related Articles

Bir cavab yazın

Back to top button