İran

Şərqi Azərbaycanda tarixi əsərlərin təmirinə başlanılacaq

“Koronavirusun yayılması, turistlərin gəlməməsi ilə ilgili bastani və tarixi əsərləri təmir etməyi düşünürük. Bu il Fərhəngi Miras, Turizm və Əl Sənayesi Vizarətinin ölkə üzrə çıxarılmış 110 təmir icazəsindən 55-ni ustanın əsər və tikililəri üçün ala bildik”. Bu fikirləri Şərqi Azərbaycan Ustanı Fərhəngi Miras Turizm və Əl Sənayesi Baş İdarəsinin müdiri Əhməd Həmzəzadə deyib. “Həmin icazələrin yarısı Şərqi Azərbaycan ustanına aid edilib. Məkan və əsərlərin yeniləşdirilməsi, habelə təmiri projələrinə başlanılıb. Onlardan Həsən Padşah, Xələt Puşan, Çahar Minar və Təbrizin tarixi bazarının müəyyən hissələrini vurğulamaq olar. Bu il Rəşidi Rübündə qazıntılar üçün bərnamələrimiz var idi. Ötən illərdə bu məkanda 3 axtarış qazıntısı edilib. Amma bu il koronavirus səbəbindən almanlı bastanşünasların İrana gəlməsi mümkün olmadı. Ona görə də qazıntılar dayandırılıb. Bostanabad şəhristanında yerləşən Ocan şəhərində bastani axtarış qazıntılarının edilməsi qərara alınıb. Bu şəhər Elxanlılar çağına aiddir. Ona görə də şəhərin bəzi yerlərinin öyrənilməsi, axtarış qazıntısı və təmir olunması qərara alınıb. Şərqi Azərbaycanda 10 müzənin açılışına mücəvviz verilib. İlk olaraq Futbol, Mətbuat Muzəsi, dəniz fənləri və elmləri olaraq Bəndərlər, Gəmiçilik, Ustad Əhəd Hüseyninin Əsərləri, Kibrit Muzəsinin açılışlarına müəcəvviz verilib. Onlardan bəzilərinin də açılışı edilib. Habelə Azərbaycan, Qacar və Məşrutə müzələri QR kodla təchiz edilib. Bu isə daxili və xarici turistlərin muzələrə baxışları zamanı ikili dil imkanından istifadə edə bilmlərini mümkün edir”,-deyə o, bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button