Azərbaycanİran

Şərqi Azərbaycanda turistlərin sayında artım qeydə alınmayıb

İran mediası və bir sıra hökumət qurumları yaz bayramı günlərində Şərqi Azərbaycan əyalətinə turist axınının olduğu barədə iddialar irəli sürüblər.

Şərqi Azərbaycanın Mədəni İrs, Turizm və Əl Sənəti İdarəsinin son bir ildə, xüsusən bayram tətillərində əyalətə 64 ölkədən turistlərin gəldiyini iddia edib.

Adıçəkilən bölgənin icra başçısı Malik Rəhməti mediaya verdiyi müsahibədə bunun həqiqəti əks etdirmədiyini deyib. Onun sözlərinə görə, bayram günlərində Şərqi Azərbaycana turist səfərlərində artım qeydə alınmayıb: “Heç bir artım olmayıb, ancaq əyalətin bu sahədəki potensialını nəzərə alaraq, gələn ilin bayram tətillərində turist səfərlərinin artmasını təmin etmək olar”.

#SergiAzerbaycan

Related Articles

Bir cavab yazın

Back to top button