Dünya

İstanbula səfər edən iranlı turistlərin sayı açıqlandı

2024-cü ilin ilk 2 ayı ərzində iranlılar İstanbula səfər edən xaricilər arasında üçüncü yeri tutublar. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Bu dövrdə İstanbul 2 milyon 457 min 518 xarici turisti qəbul edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə səkkiz faizdən çox artım deməkdir.

Fevral ayında 75 min 312 iranlı İstanbula səfər edib.

Nazirliyin məlumatına görə, yanvar və fevral aylarında 438 mindən çox İran vətəndaşı Türkiyəyə turist kimi daxil olub və bunun ötən ilin eyni dövrü ilə müqayisədə 94% artdığı qeyd olunub.

Yaz tətili dövründə İrandan Türkiyəyə turist axını rekord səviyyədə olub. Martın 18-dən etibarən Qərbi Azərbaycan əyalətinin Bazərqan gömrük məntəqəsindən Türkiyəyə keçmək istəyənlərin çoxluğu səbəbindən gömrük işində problemlər yaranıb. İranlıların tətil günlərində ən çox səfər etdikləri ölkə Türkiyədir.

#Turkiye

Related Articles

Bir cavab yazın

Back to top button