İran

Şərqi Azərbaycanda universitet məzunlarının əksəriyyəti işsizdir

Şərqi Azərbaycanda yüksək savadlı gənclərin bir çoxları işsizdir. Bu barədə Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Məhəmməd Kəlami bilgi verib.

Məhəmməd Kəlami oktyabrın 1-də əyalətin məşğulluq və əmək bazarı işçi qrupunun toplantısında bölgədə olan işsizlikdən danışıb və bütün ilgili qurumların çatışmazlığın həlli ilə bağlı çalışmalarını deyib.

O, Şərqi Azərbaycanda Bilimyurdunda təhsillərini bitirənlərin bir oxlarının işsiz olduğuna diqqət çəkib.

“təhsillərini bitirənlər üçün iş yerlərinin açılmasını, işsizlik probleminin həllini istəyiriksə elmə əsaslanan şirkətlər və teknolojini dəstəkləməliyik”-deyə, bildirib.

Kəlami əyalətdə işsizliyin əsas problemlərdən biri olduğunu və bunun həlli üçün işçi qüvvəsinin müxtəlif sahələr üzrə təlim görməsinin gərəkli olduğunu söyləyib.

“İşçi qüvvəsinin peşə hazırlığı və bacarıqlarının artırılmasına məsul qurumlar tərəfindən ciddi diqqət yetirilməli, təhsil ocaqları və Bilimyurdu öyrəncilərin bacarıqlarının gəlişdirilməsi üçün tədbirlər həyata keçirilməlidir”-deyə, vali müavini qeyd edib.

“2200 azərbaycanlı gənc arasında keçirdiyimiz sorğunun nəticələrinə görə, gənclərin yüzdə 69.5-i əsas qayğılarının iqtisadi problemlər və maliyyə çatışmazlıqları olduğunu deyiblər”-deyə, Tağzadə bildirib.

 

Related Articles

Bir cavab yazın

Back to top button