Azərbaycan

Şərqi Azərbaycanın nəqliyyat parkının 50%-i istifadəyə yararsızdır

Şərqi Azərbaycan əyalətinin Yollar və yükdaşıma Nəqliyyatı İdarəsinin başçısı Orucəli Əlizadə mətbuata verdiyi açıqlamada əyalətin nəqliyyat parkının 50%-nın köhnə və istifadəyə yararsız olduğunu deyib.

O, ölkənin illik yükdaşıma əməliyyatlarının 20-25 milyon tonunun Şərqi Azərbaycan əyalətinin yolları vasitəsilə həyata keçirildiyini və köhnə nəqliyyat vasitələrindən istifadə edildiyi üçün yolların dağıldığını, hava çirkliliyinin artdığını bildirib.

Əlizadə əyalətin Azərbaycan Respublikası və Ermənistanla qonşu olduğunu. bu iki ölkə ilə yük və sərnişin daşıma nəqliyyatının ciddi əhəmiyyət daşıdığını qeyd edərək, parlament və əlaqədar qurumlardan Şərqi Azərbaycan əyalətinin nəqliyyat parkının yenilənməsi üçün tədbirlər görmələrini istəyib.

Related Articles

Bir cavab yazın

Back to top button